"Yuventus" sabiq hücumçusu Kristiano Ronaldoya 9,8 milyon avro, üstəgəl inflyasiyaya görə 9% ödəməli olduğu barədə qərar çıxaran məhkəmənin hökmündən apellyasiya şikayəti verdiyini bildirib.
"Yuventus" sabiq hücumçusu Kristiano Ronaldoya 9,8 milyon avro, üstəgəl inflyasiyaya görə 9% ödəməli olduğu barədə qərar çıxaran məhkəmənin hökmündən apellyasiya şikayəti verdiyini bildirib.
Matc.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
Koronavirus pandemiyası zamanı Ronaldo "Yuventus"la maaşının transferini təxirə salmağa icazə verən müqavilə bağlamışdı. Lakin daha sonra portuqaliyalı hücumçu İtaliya klubunun ona 19,9 milyon avro ödəməsi üçün məhkəməyə getməli olub.
İtaliya nəhəngi isə 2023/2024 mövsümündə Ronaldoya lazım olan bütün məbləği ödədiklərini iddia edir.
Xatırladaq ki, Ronaldo 2018-2021-ci illərdə "Yuventus"da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 134 matçda iştirak edib, 101 qol vurub və 22 məhsuldar ötürmə edib.