İran çempionatında VI turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, "Traktor" bu turda səfərdə "Sepahan"la qarşılaşıb.

Cənubi Azərbaycan təmsilçisi 31-ci dəqiqədə azlıqda qalıb. Torabi qırmızı vərəqə alıb. Buna baxmayaraq, Əmirhossein Hosseinzadə 45+1-ci dəqiqədə "Traktor"u hesabda önə keçirib. 10 nəfərlə sona qədər inamlı müdafiə olunan Təbriz təmsilçisi yekunda 1:0 hesablı qələbə qazanıb. 

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Traktor" qolların fərqinə görə (+7) turnir cədvəlində zirvəyə yüksəlib. Eyni xala malik "Malavan" ikinci, "Sepahan" isə üçüncü yeri tutur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest