"Bayer"in yarımmüdafiəçisi Florian Virtz "Bavariya"nın hədəfinə çevrilib.

Matc.az xəbər verir ki, Münhen komandası futbolçunun qiymətinin 2025-ci ilin yayında "Bayer"in onun üçün tələb etdiyi 150 milyon avro əvəzinə 100 milyon avroya düşəcəyini gözləyir.

Ulduz futbolçu ilə "Real"ın da maraqlandığı qeyd edilir.

Qeyd edək ki, Virtz 2020-ci ilin yanvarından "Bayer"də çıxış edir. Bu mövsüm o, klubda səkkiz matçda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 130 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest