"Neftçi"nin Misli Premyer Liqasının 8-ci turunun “Sumqayıt”la oyununda Emin Mahmudovun xidmətindən istifadə edə bilməyəcək.

Matc.az xəbər verir ki, "ağ-qaralar"ın aparıcı üzvü məşqlərin birində dizindən zədələnib.

Belədə, onun oyunu buraxacağı dəqiqləşib.

Mahmudovun hansı müddətdə sıradan çıxdığı isə hələ məlum deyil. Bundan başqa, Emil Səfərov da meydana çıxmayacaq.

Xatırladaq ki, "Neftçi" – "Sumqayıt" oyunu bu gün "Neftçi Arena"stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest