28 Sentyabr 2024, 18:10
FUTBOL
Futbol üzrə İngiltərə Premyer Liqasında VI tura start verilib.
Matc.az xəbər verir ki, turnir cədvəlinin lideri "Mançester Siti" səfərdə "Nyukasl"la üz-üzə gəlib.
Qarşılaşma qollu heç-heçə ilə yekunlaşıb – 1:1. Ev sahiblərinin heyətində Antoni Qordon, qonaqlarda isə Yoşko Qvardiol fərqləniblər.
Qeyd edək ki, bu nəticədən sonra xallarını 14-ə çatdıran "şəhərlilər" birinci pillədə qərarlaşıb. "Nyukasl" isə 11 xalla beşinci sıradadır.