Türkiyə Superliqasında VII turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, turun ikinci oyun günündə üç qarşılaşma keçirilib.
"Qalatasaray" doğma meydanda "Kasımpaşa"nı qəbul edib. İstanbul təmsilçisi hesabda 3:0 öndə olsa da, qonaqlar əzmkarlıq göstərərək matçın sonunda hesabda tarazılığı bərpa edə biliblər – 3:3.
"Rizespor" səfərdə "Alanyaspor"a, "Göztəpə" isə "Samsunspor"a məğlub olub.
Qeyd edək ki, Superliqada VII tura 30 sentyabrda yekun vurulacaq.
Türkiyə Superliqası
VII tur
28 sentyabr
"Alanyaspor" – "Rizespor" – 1:0
Qol: Yanvier, 33
"Samsunspor" – "Göztəpə" – 4:3
Qollar: Mouandilmadji, 28, Nitçam, 70, 90+3, Şindler, 79 // Yavru, 13 (aq), Romulo, 41, Juan, 50
"Qalatasaray" – "Kasımpaşa" – 3:3
Qollar: Osimhen, 20, 28, İkardi, 34 // Fall, 44, Haydanoviç, 83 (pen), Da Kosta, 90+5