İngiltərə Premyer Liqasının klubları yay transfer pəncərəsinin bağlanma tarixinin avqustun sonundan 15-nə keçirmək ideyası üçün təşəbbüs göstərmək niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Times" paylaşıb.

Bildirilir ki, bu təşəbbüs Avropanın ilk "beşliy"inə daxil olan digər liqalar: La Liqa, A Seriya, Bundesliqa və Liqa 1 tərəfindən də müsbət qarşılanıb.

Mövsümə start verildikdən sonar komandaların heyətinə yeni oyunçuların cəlb edilməsi etirazla qarşılanır. Bu, məşqçilərin komandada sistem qurmasına mənfi təsir göstərdiyi bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest