29 Sentyabr 2024, 14:45
FUTBOL
Bu gün İspaniya La Liqasının VIII turunda Madrid derbisi keçiriləcək.
Matc.az xəbər verir ki , "Atletiko" doğma meydanda "Real"ı qəbul edəcək.
Madrid derbisi Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Meydan sahibləri 15 xalla üçüncü, "Kral klubu" isə 17 xalla ikinci pillədə qərarlaşıb.
"Atletiko"da üç zədəli futbolçu var - Sesar Aspilikueta, Pablo Barrios və Tomas Lemar. Qonaqlarda isə Kilian Mbappe, Brahim Dias, Dani Sebalyos, David Alaba eyni səbəbdən matçı buraxmalı olacaqlar.