Almaniya II Bundesliqasında VII turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Hannover"in qonağı olub. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də start heyətində meydana çıxıb. O, fasilədə əvəzlənib.

Qeyd edək ki, 7 turdan sonra 7 xal toplayan "Nürnberq" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest