Tovuz təmsilçisinin baş məqşçisi Kurban Berdıyev mətbuat konfransında iştirak edib, jurnalistlərin suallarını cavablandırıb.

Misli Premyer Liqasının VIII turunda "Turan Tovuz" səfərdə "Şamaxı" ilə heç-heçə edib – 2:2.

Matc.az xəbər verir ki, oyundan sonra Tovuz təmsilçisinin baş məqşçisi Kurban Berdıyev mətbuat konfransında iştirak edib, jurnalistlərin suallarını cavablandırıb.

- Heç-heçə hesabı qanunauyğun oldu. Baxmayaq ki, biz oyunun sonunda qol vurduq, amma bütövlükdə oyunun heç-heçəlik idi.

- Əsas heyətin bir neçə oyunçusu ehtiyatda qalmışdı...  
- Miller zədəli idi, ona görə sonradan meydana daxil oldu. Digər oyunçularımız isə məşqlərdə özlərini yaxşı göstərdiklərinə görə start heyətdə idilər.

- Qapıçı dəyişikliyinin səbəbi nə ilə bağlıdır?
- Kim özünü məşqlərdə yaxşı göstərirsə, o da oynayır. Yəni, bu o demək deyil ki, bu həftə oynamısansa gələn həftə də oynayacaqsan. Oynamaq üçün məşqlərdə özünü yaxşı tərəfdən göstərməlisən.     

- Üç oyundur komanda qələbə qazana bilmir. Bunu eniş saymaq olarmı?
- Bu eniş deyil. Nəticə bizi qane etmir, amma bu, eniş deyil.   

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest