30 Sentyabr 2024, 09:40
FUTBOL
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat yayılıb.
Ə.Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində keçiriləcək “Şturm” (Avstriya) - “Brügge” (Belçika) oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Devid Kut və Styuart Attuell olacaq.
Qeyd edək ki, oktyabrın 2-də Klaqenfurt şəhərində yerləşən “Verterze” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.