30 Sentyabr 2024, 12:36
FUTBOL
Türkiyə yığmasının futbolçusu Yusuf Yazıçı karyerasını Yunanıstanda davam etdirəcək. Matc.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Olimpiakos" ilə anlaşıb.
Bu barədə klubn mətbuat xidməti məlumat yayıb. Yusufla yeni klubu arasında 2027-ci ilin iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Qeyd edək ki, “Olimpiakos” Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın 8 rəqibindən biridi.