Azərbaycanlı müdafiəçi Cəlal Hüseynovun formasını geyindiyi “Arda” klubu Bolqarıstan çempionatında növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, komanda 10-cu tur çərçivəsində “Levski”nin qonağı olub.

Oyun Cəlalın komandasının 1:2 hesablı səfər məğlubiyyəti ilə nəticələnib. U-21 millimizin kapitanı bu görüşdə iştirak etməyib. Hüseynov sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, aktivində 14 xal olan "Arda" turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest