30 Sentyabr 2024, 14:26
FUTBOL
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının VI turunda evdə “Tottenhem”ə böyük hesabla uduzub - 0:3. Matc.az xəbər verir ki, “qırmızı şeytanlar” Aleks Ferqyusonun gedişindən bəri 23-cü böyükhesablı məğlubiyyətini alıb.
Komanda 2013-cü ildən bəri ölkə çempionatında 424 görüş keçirib. Şotlandiyalı mütəxəssisin dövründə isə “Mançester Yunayted” 27 il ərzində keçirdiyi 1035 oyunda 22 dəfə darmadağınla üzləşib. Bir sözlə, klub Ferqyusonun 27 illik uğursuz göstəricisini 11 ilə keçib.
Qeyd edək ki, bu mövsüm Premyer Liqada 7 xal toplayan “Mançester Yunayted” turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.