“Yuventus”un və Polşa yığmasının sabiq qapıçısı Voyçex Şesni “Barselona”ya keçməyə yaxındı. Matc.az xəbər verir ki, 34 yaşlı qolkiper bu gün Barselonaya yollanıb.

Şesnının gün ərzində Kataloniya klubunda tibbi müayinədən keçməsi gözlənilir. Ardından rəsmi müqavilə bağlayacaq ulduz futbolçu karyerasını bərpa etmiş olacaq.

Qeyd edək ki, “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen zədələnərək uzun müddətə sıradan çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest