İspaniya millisinin və “Barselona” əfsanəvi futbolçusu Andres İnyesta karyerasını başa vurub. Matc.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi özü bu barədə sosial şəbəkədə paylaşım edib.

Onun son klubu Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Emireyts” olub. Dünyanın ən yaxşı yarımmüdafiəçilərindən hesab olunan İnyesta daha çox “Barselona”dakı çıxışı ilə tanınıb.

İnyesta İspaniya millisi ilə 1 dəfə dünya, 2 dəfə Avropa, “Barselona” ilə 9 dəfə İspaniya çempionu olub. Həmçinin 4 dəfə Çempionlar Liqasının qalibi adını, 3 dəfə UEFA Superkubokunu qazanıb. İnyesta 2023-cü ildə Yaponiya çempionu adına da yiyələnib. Andres İspaniya millisində 131 oyunda 14 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest