“Napoli” hücumçusu Xviça Kvaratsxeliya ilə müqaviləni uzatmağa çalışır. Matc.az xəbər verir ki, tərəflər yeni sözləşmə üzərində danışıqları davam etdirir.

Neapol təmsilçisinin rəsmiləri məsələ ilə bağlı Gürcüstan millisinin liderinin menecerləri ilə əlaqə saxlayıb. Tərəflər bir neçə həftə sonra görüşəcəklər. Xviça təklifi qəbul etsə, digər hücumçu Romelu Lukaku kimi bonuslarla birlikdə ildə 6 milyon avro qazanacaq.

Qeyd edək ki, Xviça Kvaratsxeliyanın İtaliya klubu ilə hazırkı müqavilə müddəti 2027-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest