"Atletiko" La Liqanın 8-ci turunda "Real" ilə oyunda (1:1) "Kral kubu"nun qapıçısı Tibo Kurtuaya tribunadan müxtəlif əşyalar atan azarkeşlərinin davranışına görə mümkün cəzanın yüngülləşdirilməsinə ümid edir.

Matc.az xəbər verir ki, bu barədə "El Chiringuito" nəşri məlumat yayıb.

Bildirilir ki, "Atrletiko" İspaniya Kral Futbol Federasiyasının nizam-intizam komitəsinə verdikləri izahatda Kurtuanın meydan sahiblərinin azarkeşlərini təxribata çəkdiyini qeyd ediblər. Belçikalı qolkiperin təxribatçı davranışı ilə bağlı anlar videoya çəkilib.

Qeyd edək ki, "Real" La Liqanın Zorakılığa Qarşı Mübarizə Komitəsinə təqdim edilən oyun hesabatında, "Atletiko" azarkeşləri tərəfindən törədilən bütün pozuntuların əks edilmədiyinə inanır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest