“Mançester Yunayted” rəhbərliyi komandanın danimarkalı futbolçusu Kristian Eriksenlə bağlı qərar verib. Matc.az xəbər verir ki, “mankunianlar” onunla yolları ayırmaq fikrindədirlər.

İngiltərə klubu yeni futbolçu ilə müqavilə imzalamaq üçün təcrübəli oyunçu ilə vidalaşmağın tərəfdarıdı. “Qırmızı şeytanlar” “Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uortonu transfer etmək niyyətindədilər.

Qeyd edək ki, Eriksen 2022-ci ilin yayından “Mançester Yunayted”in üzvüdü. O, ümumilikdə 78 oyunda 6 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest