"Liqa mərhələsində öz meydanımızda ilk oyunumuzu keçirəcəyik. Özünəməxsus oyun tərzi olan komanda ilə qarşılaşacağıq”. Matc.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda İsveçin "Malmö" klubuna qarşı baş tutacaq matçdan öncə mətbuat konfransı keçirib.
Q.Qurbanov çətin görüşə çıxacaqlarını bildirib: “Komandanı oyuna yaxşı hazırlaşdırmağa çalışdıq. Azarkeşlərimizin önündə oynayacağıq. Maksimum nəticə əldə etməyə çalışacağıq”.
Təcrübəli mütəxəssis Avropa Liqasının yeni formatına tam öyrəşə bilmədiklərini dilə gətirib: “Düzü, yeni formata hələ uyğunlaşmamışıq. Bizim kimi futbol ölkələrinə az komandanın yer aldığı qrupda olmaq sərf edir. Biri var 3-4 komandanı təhlil edəsən, biri də var 36 komandanın oyunlarını yaxından izləyəsən”.
Q.Qurbanov sabah qapıda Mateuş Koxalski, yoxsa Fabiyan Buntiçə şans verəcəyini hələ müəyyənləşdirməyini əlavə edib: “Hələ vaxtımız var. Buna sabah qərar verəcəyik”.
Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Malmö” qarşılaşması saat 20:45-də start götürəcək.