Dortmund “Borussiya”sının vingeri Kərim Adeyemi “Liverpul”a keçə bilər. Matc.az xəbər verir ki, Premyer Liqa klubu 22 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır.

“Qırmızılar” Adeyemini mövsümün sonunda ayrılmaq qərarına gələn Məhəmməd Salahın varisi kimi görür. “Mersisaydlılar”ın skautları Bundesliqa matçlarında bir neçə dəfə Adeyemi izləyib.

“Liverpul” alman futbolçu üçün 50 milyon avro ödəməyə hazırdı.

Qeyd edək ki, Adeyemi bu mövsüm Almaniya çempionatında 5 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest