"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib.

"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Malili yarımmüdafiəçi Mahamadu Ba "Kəpəz"in şərəfini qoruyacaq. 25 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Mahamadu Ba karyerası ərzində Türkiyə klublarında forma geyinib. O, "Ərzurumspor", "Adana Dəmirspor", "İstanbulspor" və "Tuzlaspor" kimi komandalarda oynayıb. Ba "Ərzurumspor" və "İstanbulspor"un heyətində Türkiyə Superliqasında çıxış edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest