"Yuventus"un hücumçusu Arkadiuş Milik sol dizindən əməliyyat olunduqdan sonra qeyri-müəyyən müddətə sıradan çıxıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Polşalı futbolçunun tezliklə meydana qayıdacağı gözlənilirdi, lakin həkimlər onun sağalmasının gecikdiyini bildiriblər. Klub futbolçunun problemlərini dəqiq deməsə də, böyük ehtimalla bu il bir daha oynamayacaq.

Həkimlər tezliklə bir sıra əlavə müayinələr keçirəcək, bundan sonra meydana nə zaman qayıdacağı ilə bağlı yeni tarix açlıqlanacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest