İspaniya Kral Futbol Federasiyasının müsabiqə komitəsi Madrid derbisində "Real" ilə oyunda azarkeşlərin davranışına görə "Atletiko"ya qarşı sanksiya tətbiq etmək qərarına gəlib.

Matc.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Bildirilir ki, klub 45 min avro məbləğində cərimə ödəməli, həmçinin "Atletiko" ultralarının yerləşdiyi "Metropolitano" stadionunun cənub tribunasını qismən bağlamalı olacaq. Tribunaların açılmasına qadağa "Leqanes", "Las Palmas" və "Alaves"lə də daxil olmaqla, növbəti üç oyuna şamil olunacaq.

Komitənin qərarında hadisələrin "xüsusilə ciddi" olduğu qeyd edilib. Komissiya müəyyən edib ki, "Atletiko" ciddi insidentlərin qarşısını almaq üçün kifayət qədər tədbirlər görməyib.

Klubun bu qərardan apellyasiya şikayəti vermək üçün 10 gün vaxtı var.

Xatırladaq ki, insident La Liqanın 8-ci turunun "Metropolitano" stadionunda "Real"la keçirilən oyununda (1:1) baş verib. "Atletiko"nun azarkeşləri qonaq komandanın qapıçısı Tibo Kurtuaya əşyalar atmağa və təhqiramiz sözlərlə qışqırmağa başlayandan sonra oyun dayandırılmalı olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest