03 Oktyabr 2024, 17:51
FUTBOL
“Çelsi”nin müdafiəçisi Benjamin Kiluell karyerasını İspaniyada davam etdirə bilər. Matc.az xəbər verir ki, “Atletiko” ingilis futbolçu ilə maraqlanır.
Madridlilər mövsümlərarası fasilədə də bu keçiddə maraqlı idi. Lakin həmin vaxt 27 yaşlı sol cinah oyunçusunu razı salmaq mümkün olmamışdı. La Liqa klubu İngiltərə millisinin üzvünü yanvarda heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Benjamin Kiluellin “Çelsi” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdi. O, 2020-ci ildən londonluların formasını geyinir.