Karlo Ançelotti bu mövsüm "Real"da istədiyi oyun vaxtını almaqda çətinlik çəkən Arda Gülər ​​haqda danışıb.

Matc.az xəbər verir ki, İspaniya La Liqasının 9-cu həftəsində "Vilyarreal"ı qəbul edəcəyi oyundan əvvəl təşkil edilən mətbuat konfransında iştirak edən Ançelotti Gülər ​​haqda xüsusi açıqlama verib.

İtaliyalı məşqçi Ardanın keçən ilkindən daha çox ön planda olduğunu ifadə edib və nə üçün az oynadığınının səbəbini deyib: "Rəqabət çox olduğu üçün daha az oynayır. Ardanın rəqibləri çoxdur. Asan deyil, amma keçən ildən daha çox öndədir".

Qeyd edək ki, 19 yaşlı Arda Gülər ötən il 20 milyon avro qarşılığında “Fənərbaxça”dan “Real”a keçib. O, cari mövsüm La Liqada 6 matçda komandasına kömək edib. Ümumilikdə 240 dəqiqə meydanda olan Gülər, bir sarı vərəqə alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest