"Barselona" polşalı hücumçusu Robert Levandovskinin gələcəyi ilə bağlı qərar verib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es paylaşıb.

Bildirilir ki, Kataloniya rəhbərliyi futbolçunun uzun müddət yüksək səviyyəli oyun nümayiş etdirməyə qadir olduğuna qərar verib və ona görə də gələn il yeni əsas hücumçu almaq planları yoxdur.

"Barselona" növbəti mövsüm də Levandovskiyə etimad etməyi düşünür.

Qeyd edək ki, bu mövsüm Levandovski bütün yarışlarda 10 matçda iştirak edib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib. 36 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 15 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest