"Liverpul"un və İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Stiven Cerrard "Goal" futbol portalının reytinqində 21-ci əsrin ən yaxşı "mersisaydlı" futbolçusu olub.

"Liverpul"un və İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Stiven Cerrard "Goal" futbol portalının reytinqində 21-ci əsrin ən yaxşı "mersisaydlı" futbolçusu olub.

Matc.az xəbər verir ki, 44 yaşlı Cerrard 1998-2015-ci illərdə "Liverpul"da çıxış edib. Liverpul təmsilçisinin heyətində yarımmüdafiəçi 11 kubok - Çempionlar Liqası, UEFA Kuboku, iki UEFA Super Kuboku, iki İngiltərə Kuboku, üç Liqa Kuboku və iki İngiltərə Super Kuboku qazanıb.

Reytinqdə ikinci yeri misirli hücumçu Məhəmməd Salah, üçüncü yeri uruqvaylı hücumçu Luis Suares tutub.

Portalın mütəxəssisləri reytinqdə dördüncü yeri niderlandlı mərkəz müdafiəçisi Vircil van Deykə verib. "Levrpul"da 21-ci əsrin ən yaxşı "beşliy"ni braziliyalı qapıçı Alison Beker tamamlayır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest