05 Oktyabr 2024, 12:09
FUTBOL
"Goal" portalı Liqa mərhələnin iki açılış turunun nəticələrinə əsasən Çempionlar Liqasının əsas favoritlərini müəyyənləşdirib.
Matc.az xəbər verir ki, turnirdə qələbəyə əsas iddiaçı "Atalanta" ilə bərabərə qalan (1:1) və PSJ-yə qalib gələn (2:0) Londonun "Arsenal"ıdır. İngiltərə klubu hazırda turnir cədvəlində 13-cü yerdədir.
"Mançester Siti" favoritlər siyahısında ikincidir. İlk "onluq"da həmçinin "Real" (Madrid), "Liverpul", "İnter", "Bavariya", "Bayer", "Yuventus", "Barselona" və "Borussiya" yer alıb.
Xatırladaq ki, Çempionlar Liqası bu mövsüm yenilənmiş formatda keçirilir.