Uruqvaylı hücumçu Edinson Kavani Argentinanın "Boka Xuniors" klubu ilə müqaviləsini 2026-cı ilə qədər uzadıb.

Matc.az xəbər veir ki, bu barədə Argentina komandasının "X" sosial şəbəkəsindəki rəsmi hesabı məlumat yayıb.

Xatırladaq ki, Kavani "Boka Xuniors"da 2023-cü ildən çıxış edir. O, Argentina klubunun heyətində 43 oyunda 20 qol vurub. Futbolçunun transfer dəyəri 1 milyon avrodur.

37 yaşlı Kavani Uruqvayın "Danubio", İtaliyanın "Palermo" və "Napoli", Fransanın PSJ, İngiltərənin "Mançester Yunayted" və İspaniyanın "Valensiya" klublarında da çıxış edib.

O, Uruqvay millisində 136 oyunda 58 qola imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest