"Liverpul"un baş məşqçisi Arne Slot klub tarixində ilk 10 oyunun 9-da qalib gələn ilk məşqçi olub.

Matc.az xəbər verir ki, niderlandlı mütəxəssis bu göstəricidə Uilyam Barkli (8), Con Makkenna (7) və Bob Peyslini (7) qabaqlayıb.

Həmçinin bildirilir ki, Slot Premyer Liqada səfərdə keçirdiyi ilk 4 qarşılaşmada qələbə qazanan "Liverpul"un ilk baş məşqçisi olub.

Xatırladaq ki, 45 yaşlı mütəxəssis mövsümlərarası fasilədə "Liverpul"a rəhbərlik edib.

Bundan öncə Slot 2021-ci ilin yayından "Feyenoord"un baş məşqçisi olub. Bu müddətdə onun rəhbərliyi altında "Feyenoord" bütün turnirlərdə 145 matçda iştirak edib, 94 qələbə qazanıb, 27 heç-heçə edib və 24 dəfə məğlub olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest