21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və İngiltərə yığmalarına qarşı keçiriləcək səfər oyunlarının heyəti müəyyənləşib.

Matc.az xəbər verir ki, oktyabrın 7-də təlim-məşq toplanışına yığışacaq U-21 oktyabrın 12-də, Bakı vaxtı ilə saat 18:00-da Belfastda Şimali İrlandiya, oktyabrın 15-də, saat 22:30-da isə Bristolda İngiltərə seçməsi ilə qarşılaşacaq. F qrupunda yer alan komandamız oktyabrın 8-də Şimali İrlandiyaya yola düşəcək.

U-21-ə dəvət edilən futbolçuların adlarını diqqətinizə çatdırırıq:

1. Rəvan Kazımov – "Neftçi"
2. Xəyal Fərzullayev – "Sumqayıt"
3. Rüstəm Samiqullin – "Neftçi"
4. Süleyman Damadayev – "Qəbələ"
5. Seymur Məmmədov – "Sabah"
6. Emin Rüstəmov – "Səbail"
7. Cəlal Hüseynov – "Arda Kardzali" (Bolqarıstan)
8. Eşqin Əhmədov – "Qəbələ"
9. Abdulla Rzayev – "Sabah"
10. Rüfət Əhmədov – "Turan Tovuz"
11. Rüfət Abbasov – "Şamaxı"
12. Mahir Həsənov – "Kəpəz"
13. Qurban Səfərov – "Şamaxı"
14. Mirəli Əhmədov – MOİK
15. Rauf Rüstəmli – "Şamaxı"
16. Emil Səfərov – "Neftçi"
17. Xəyal Əliyev – "Sabah"
18. Murad Vəliyev – "Nomme United" (Estoniya)
19. Fərid Yusifli – "Turan Tovuz"
20. Şahin Şahniyarov – "Qəbələ"
21. Zeynəddin Abdurahmanov – "Cəbrayıl"
22. Samir Məhərrəmli – "Cəbrayıl"
23. Nəriman Axundzadə – "Qarabağ"
24. Samir Abdullayev – "Səbail"
25. Ağadadaş Salyanskiy – "Neftçi"

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest