"Real"ın müdafiəçisi Daniel Karvaxal futbol üzrə İspaniya çempionatının 9-cu turunun "Vilyarreal"la (2:0) oyununda zədələnib.

Matc.az xəbər verir ki, 32 yaşlı ispaniyalı futbolçu qarşılaşmaya start heyətdə çıxıb. O, görüşün uzatma dəqiqələrində müdafiəçi Pino ilə toqquşaraq yerə yıxılıb. Karvaxal meydanı özü tərk edə bilməyib. O, göz yaşları içində xərəkdə aparılıb.

Qeyd edək ki, "Real" İspaniya La Liqasının turnir cədvəlində ikinci yerdə qərarlaşıb. Madrid klubu 9 görüşdə 21 xal toplayıb.

"Vilyarreal" 17 xal toplayıb və üçüncü pillədə yer alıb. Turnir cədvəlinin lideri isə 8 oyundan sonra 21 xal toplayan "Barselona"dır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest