06 Oktyabr 2024, 11:50
FUTBOL
"Vest Hem"in hücumçusu Lukas Paqueta 2025-ci ilin martında mərc ittihamı ilə məhkəmə qarşısına çıxacaq.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Bildirirlir ki, "çəkiclilər" iş üzrə dinləmənin mövsüm ərzində baş tutmasından narazıdırlar, çünki bu, braziliyalı futbolçunun oyununa təsir edə bilər.
Xatırladaq ki, İngiltərə Futbol Assosiasiyası Paquetanı öncədən qoyulmuş mərc şərtlərinə nail olmaq üçün meydançada qəsdən edilmiş dörd hərəkətdə ittiham edie. 27 yaşlı yarımmüdafiəçinin ömürlük cəza ilə üzləşə biləcəyi vurğulanır. "Vest Hem" isə futbolçunu tam dəstəkləyir.