“Real”ın bu mövsüm titullar qazanacağına inanmasaydım, burada olmazdım, istirahətə çıxardım. Biz buradayıq ki, sona qədər hər titul uğrunda mübarizə aparaq”
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Real” bu gün “Arsenal”ın qonağı olacaq. Matc.az xəbər verir ki, hər iki komandanın baş məşqçisi qarşılaşma öncəsi fikirlərini bölüşüb.
Ançelotti “Arsenal”ı, “topçular”ın baş məşqçisi Arteta isə həmkarını tərifləyib:
Karlo Ançelotti (“Real”ın baş məşqçisi): “Real”ın bu mövsüm titullar qazanacağına inanmasaydım, burada olmazdım, istirahətə çıxardım. Biz buradayıq ki, sona qədər hər titul uğrunda mübarizə aparaq. Qələbə üçün çox çalışmalıyıq. Əgər heç nəyə nail ola bilməsək, o zaman növbəti mövsüm haqqında düşünəcəyik. İndi bizi Çempionlar Liqasının ən yaxşı komandalarından olan “Arsenal”a qarşı çətin mübarizə gözləyir. Ancaq biz “Real”ıq, hədəfimiz dəyişməz olaraq qalır”.
Mikel Arteta (“Arsenal”ın baş məşqçisi): “Real”ın baş məşqçisi Karlo Ançelotti məni ilhamlandırır. O, müxtəlif ölkələrdə tamamilə unikal şəkildə qələbələr qazanıb. Bunu təbiilik və insani keyfiyyətlərlə edib. Bu yanaşmanı bütün dünyaya nümayiş etdirib.
Qeyd edək ki, bu gün keçiriləcək “Arsenal” – “Real” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.