Belarusun “Dinamo” klubu Konfrans Liqasının Liqa mərhələsində ev oyunlarını Azərbaycanda keçirəcək. Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytındakı proqramda məlumat yayılıb.
“Kəpəz” Azərbaycan çempionatlarında 1000-ci qolu vurub. Matc.az xəbər verir ki, bu, Misli Premyer Liqasının V turuna təsadüf edib. “Sabah”la Tovuz şəhər stadionunda keçirilən ev oyununda 2:3 hesabı ilə uduzan Gəncə təmsilçisinin ilk qolu yubiley xarakteri daşıyıb.
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” Türkiyə I liqasında növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi IV turda “İstanbulspor”u qəbul edib.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.