“Neftçi”ni Rusiya klubuna dəyişdi
“Neftçi”nin futbolçusu Reziuan Mirzovun yeni iş yeri bəlli olub. 31 yaşlı vinger Rusiyaya qayıdıb. O, “Neftçi”dən əvvəl formasını geyindiyi “Ximki”yə dönüb. Adıçəkilən klub rəsmi sayt vasitəsilə Mirzovla azad agent kimi müqavilə imzalandığını açıqlayıb.