Beləliklə, bu mövsüm ÇL-in final matçı mayın 28-də Parisdəki "Stad de Frans"da təşkil olunacaq. Fransa 2006-cı ildən sonra ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin finalına ev sahibliyi edəcək.

UEFA çempionlar Liqasının final oyunu Rusiyanın Sankt-Peterburq şəhərindən alınaraq, Fransanın paytaxtı Parisə verilib. Matc.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib.
 
Bu qərarın verilməsinə səbəb kimi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi göstərilib.
 
Beləliklə, bu mövsüm çL-in final matçı mayın 28-də Parisdəki "Stad de Frans"da təşkil olunacaq. Fransa 2006-cı ildən sonra ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin finalına ev sahibliyi edəcək.
 
UEFA Rusiya və Ukrayna ərazisində öz bayrağı altında keçirilməli olan bütün turnirlərin təxirə salındığını da açıqlayıb. Bura klub və milli komandaların iştirakı ilə bütün yarışlar daxildir. Hazırda qərar yalnız bir oyuna şamil edilir. Bu, Moskva "Spartak"ının Avropa Liqasının 1/8 finalındakı ev matçıdır.
 
UEFA martın 24-də Moskvada Rusiya və Polşa arasında oynanılacaq dünya çempionatının pley-off mərhələsinin yarımfinal görüşünün də başqa ölkəyə keçirilməsi üçün FİFA-ya təzyiq göstərmək niyyətindədir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest