Bu gün futbol üzrə UEFA çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları start götürüb. Matc.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.
"İnter" "Enfild"də "Liverpul"un qonağı olub. Bu komandalar arasında ilk görüş İngiltərə təmsilçisinin 2:0 hesablı qələbəsiylə nəticələnib. Cavab qarşılaşması ərəfəsində Yurgen Kloppun yetirmələri 1/4 finala daha yaxın görünürdü. İkinci matç "İnter"in qələbəsiylə yekunlaşıb. Lakin 1:0 mərhələ adlamaq üçün yetərli olmayıb. Beləcə, iki oyunun nəticəsinə görə 1/4 finala yüksələn tərəf "Liverpu"l olub.
Gecənin digər matçında Almaniyanın ən titullu klubu "Bayern" "Zalsburq"u sınağa çəkib. Avstriya klubu ilk qarşılaşmada adlı-sanlı rəqibinə layiqli müqavimət göstərərək kiçik sensasiyaya imza ata bilmişdi. Lakin Kinqsli Komanın son dəqiqələrdə vurduğu bərabərlik qolu sayəsində Münhen klubu çempionlar Liqasının səfər matçlarında məğlubiyyətsiz seriyasını 22 oyuna çatdırmışdı. Hansı ki, bu, onlar üçün rekorddur. "Bayern" cavab görüşündə rəqib qapısından 7 top keçirməklə sürprizə imkan verməyib və 1/4 finala adlayıb.
UEFA çempionlar Liqası
1/8 finalın cavab oyunları
8 mart
Liverpul (İngiltərə) – İnter (İtaliya) 0:1
Qol: L.Martines, 62.
Baş hakim: Antonio Mateo Laos (İspaniya)
İlk oyun – 2:0
Bayern (Almaniya) – Zalsburq (Avstriya) 7:1
Qol: Levandovski, 11-pen; 21-pen; 23. Qnabri, 31. Müller, 54; 83. Sane, 86 – Kyaerqaard, 70.
Baş hakim: Kleman Turpen (Fransa)
İlk oyun – 1:1