10 Mart 2022, 12:09
ÇEMPİONLAR LİQASI
"Real"ın baş məşqçisi Karlo Ançelotti çempionlar Liqasının 1/8 finalında PSJ-yə qalib gələrək (3:1) növbəti mərhələyə yüksəldikləri cavab oyunundan sonra açıqlama verib. Matc.az xəbər verir ki, italyan məşqçi, bu oyunda het-trik edən Kərim Benzemanı tərifləyib:
"çətin oyun oldu, xüsusən də, ilk hissədə Mbappenin qolundan sonra çətin anlar yaşadıq. İlk qolumuz həm tribunada, həm də meydanda əhval-ruhiyyəni dəyişdi. Bir saat ərzində əla və keyfiyyətli oynadıq. Enerjimiz çox idi.
PSJ əla komandadır, çox yaxşı oynadılar. Ancaq hər oyunda onun ssenarisini dəyişə biləcəyin bir məqam var. Biz bundan istifadə etdik.
Benzema komandamızın fantastik lideridir, fantastik hücumçudur. Ondan razıyam".