"Mancester Siti"nin üzvü Fernandinyo çempionlar Liqasında 100 oyun keçirən dördüncü braziliyalı futbolçu olub. Matc.az xəbər verir ki, Fernandinyo çempionlar Liqasının 1/8 final mərhələsinin "Sportinq"lə cavab oyununda (0:0) meydana start heyətində çıxıb. Bununla da, o, çempionlar Liqasında yubiley – 100 oyun həddinə çatıb.
 
"Mançester Siti"nin yarımmüdafiəçisi, Roberto Karlos, Dani Alveş və Marselodan sonra çL-də 100 oyun keçirən dördüncü braziliyalı olub.
 
36 yaşlı futbolçu 15 il əvvəl, "Şaxtyor"un (Donetsk) heyətində çempionlar Liqasında debüt edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest