Bu gün UEFA çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, bununla da 1/4 finalın son iki iştirakçısı bəlli olub.
İspaniya "Vilyarreal"ı İtaliyada "Yuventus"un qonağı olub. İlk görüşdə qalib müəyyənləşməmişdi – 1:1. Cavab görüşündə İspaniya təmsilçisi darmadağınla qalib gələrək növbəti mərhələyə yüksəlib.
Gecənin digər oyununda İngiltərənin "çelsi" klubu Fransada "Lill" komandası ilə qarşılaşıb. Londondakı ilk qarşılaşmada "zadəganlar" 2:0 hesablı qələbə qazanmışdılar. Cavab görüşündən də qalib ayrılan İngiltərə təmsilçisi sürprizə imkan verməyib.
Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real" və "Atletiko" (Madrid), həmçinin Almaniyanın "Bayern" və Portuqaliyanın "Benfika" klubları 1/4 finala vəsiqə əldə edib.
UEFA çempionlar Liqası
1/8 finalın cavab oyunları
16 mart
"Yuventus" (İtaliya) – "Vilyarreal" (İspaniya) 0:3
Qol: Moreno, 77-pen. Torres, 85. Danyuma, 90+1-pen.
Baş hakim: Şimon Marçinyak (Polşa).
İlk oyun – 1:1
"Lill" (Fransa) – "çelsi" (İngiltərə) 1:2
Qol: B.Yılmaz, 38-pen – Pulişiç, 45+3. Aspilikueta, 71.
Baş hakim: Davide Massa (İtaliya)
İlk oyun – 0:2.