Səkkiz iştirakçıdan üçü İspaniya, üçü İngiltərəni, biri Portuqaliya, biri isə Almaniyanı təmsil edir

çempionlar Liqasının 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Matc.az xəbər verir ki, səkkiz iştirakçıdan üçü İspaniya, üçü  İngiltərəni, biri Portuqaliya, biri isə Almaniyanı təmsil edir.
 
Bu mərhələnin, eləcə də 1/2 finalın püşkatma mərasimi martın 18-də UEFA-nın Nyon şəhərindəki qərargahında keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 15.00-da başlanacaq.
 
Xatırladaq ki, "Atletiko" (İspaniya), "Bavariya" (Almaniya), "Benfika" (Portuqaliya), "Vilyarreal" (İspaniya), "Liverpul" (İngiltərə), "Mançester Siti" (İngiltərə), "Real" (İspaniya) və "çelsi" (İngiltərə) 1/4 finala vəsiqə qazanıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest