17 Mart 2022, 09:27
ÇEMPİONLAR LİQASI
Belə ki, o, qitənin bir nömrəli klub turnirində keçirdiyi 50 oyunda 32 qələbə qazanıb. Tuhel bu göstəriciyə görə 50 qarşılaşmada 31 qələbə əldə etmiş Madrid "Real"ının sabiq baş məşqçisi Zinəddin Zidanı qabaqlayıb.
"çelsi"nin baş məşqçisi Tomas Tuhel çempionlar Liqasının 1/8 finalında "Lill" üzərində 2:1 hesablı qələbədən sonra komandasının çıxışını və azarkeşlərə ev oyunlarına qadağa qoyulması barədə xəbərləri şərh edib. Matc.az xəbər verir ki, almaniyalı çalışdırıcı bildirib ki, komandada qeyri-adi ab-hava hökm sürür: "1/4 finala yüksəldik, bu, böyük addımdır. Bir daha çətinlikləri dəf edə, xarakter nümayiş etdirə bildik. Layiqli qələbə qazandıq. "Lill"lə oyun heç də asan olmadı. Komandada qeyri-adi ab-hava var. İlk gündən kəşf etdiyim şey futbola əsaslanan mentalitetdir. Komandanın hazır olması üçün hər kəs əlindən gələni edir, hamı futbola köklənib. Bu mədəniyyətdir və artıq formalaşıb. Bu, çətin vaxtlarda diqqətimizi yayındırmamağa kömək edir. Buna görə də mən komanda ilə fəxr edirəm və hələ də nəticələr əldə edə bildiyimiz üçün çox şadam".
Yeri gəlmişkən, Tuhel çempionlar Liqasında yeni rekorda imza atıb. 49 yaşlı mütəxəssis buna "Lill" üzərindəki qələbə sayəsində nail olub.
Belə ki, o, qitənin bir nömrəli klub turnirində keçirdiyi 50 oyunda 32 qələbə qazanıb. Tuhel bu göstəriciyə görə 50 qarşılaşmada 31 qələbə əldə etmiş Madrid "Real"ının sabiq baş məşqçisi Zinəddin Zidanı qabaqlayıb.