17 Mart 2022, 13:45
ÇEMPİONLAR LİQASI
Fransanın "Lill" klubunun türkiyəli hücumçusu Burak Yılmaz çempionlar Liqasının tarixinə düşüb. Matc.az xəbər verir ki, Türkiyə millisinin futbolçusu çempionlar Liqasının 1/8 finalının "çelsi"ylə matçında qol vurmaqla buna nail olub. Burak Yılmaz çL-in pley-off mərhələsində qol vuran ən yaşlı üçüncü futbolçu (36 yaş 244 gün) olub.
Bu göstəricidə ilk pillədə Rayan Giqqz (37 yaş 148 gün), 2-ci yerdə Paolo Maldinidir (36 yaş 333 gün).
Burak oyunda penaltidən hesabı açsa da, "Lill" iki qol buraxaraq, turnirlə vidalaşıb.