17 Mart 2022, 23:21
ÇEMPİONLAR LİQASI
çempionlar Liqasında 1/8 final mərhələsinin son iki cavab matçından sonra həftənin rəmzi komandası açıqlanıb. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, rəmzi 11-lik əsasən "Vilyarreal" və "Atletiko" (Madrid) komandalarından təşkil olunub.
Qapıçı: Xeronimo Rulyi ("Vilyarreal");
Müdafiəçilər: Renan Lodi, Stefan Saviç (hər ikisi "Atletiko"), Alexandro Qrimaldo ("Benfika"), Pau Torres, Pervis Estupinyan (hər ikisi ("Vilyarreal");
Yarımmüdafiəçilər: Arno Qrüneveld ("Vilyarreal"), Jorjinyo, Kristian Pulişiç (hər ikisi "çelsi");
Hücumçular: Antuan Qrizmann ("Atletiko"), Darvin Nunyes ("Benfika").