Bu gün UEFA çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Matc.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

İngiltərədə turnirin son qalibi "çelsi" ilə Madrid "Real"ı üz-üzə gəlib. Görüşü fransalı FİFA referisi Kleman Türpen idarə edib. Bu oyunu Madrid təmsilçisi üçün qisas matçı kimi də xarakterizə etmək olardı. ötən il çempionlar Liqasının yarımfinalında "çelsi" məhz "Real"ı məğlub edərək finala çıxmış və Avropanın ən nüfuzlu klub turnirinin qalibi adını qazanmışdı. Bu dəfə isə ilk oyunda "Real" səfərdə inamlı qələbə qazanmaqla, böyük üstünlük əldə edib

Gecənin digər matçında Almaniya nəhəngi "Bavariya" İspaniyada turnirin sürpriz komandası "Vilyarreal"ın qonağı olub. İspaniya klubu 1/8 finalda "Yuventus"u üstələyərək hər kəsi təəccübləndirməyi bacarmışdı. Unay Emerinin komandası bu dəfə də almanlarla  matçda bir daha zəif rəqib olmadığını göstərib. İspaniya təmsilçisi bu oyundan minimal hesabla qalib ayrılıb

1/4 finalın ilk iki oyununda İngiltərə təmsilçilərindən "Mançester Siti" evdə İspaniyanın "Atletiko" (Madrid) klubuna 1:0 hesabı ilə qalib gəlib, "Liverpul" isə Portuqaliyada "Benfika"nı məğlub edib – 3:1. Cavab oyunları aprelin 12-13-də keçiriləcək.

UEFA çempionlar Liqası
1/4 finalın ilk oyunları
6 aprel

"çelsi" (İngiltərə) – "Real" (İspaniya) 1:3
Qol: Haverts, 40 – Benzema, 21; 24; 46.
Baş hakim: Kleman Türpen (Fransa).

"Vilyarreal" (İspaniya) – "Bavariya" (Almaniya) 1:0
Qol: Danjuma, 8.
Baş hakim: Entoni Teylor (İngiltərə).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest