"Birinci hissə çətin keçdi, ikinci hissədə isə bir neçə şansımız oldu və yaxşı ki, onlardan birini istifadə etdik. Xoşbəxtlikdən, bu, alındı"

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Atletiko"ya qalib gəldikləri oyundan (1:0) sonra fikirlərini bölüşüb. Matc.az UEFA-ya istinadən xəbər verir ki, belçikalı futbolçu rəqibin müdafiədə əla oynadığını söyləyib:
 
"Birinci hissə çətin keçdi, ikinci hissədə isə bir neçə şansımız oldu və yaxşı ki, onlardan birini istifadə etdik. Xoşbəxtlikdən, bu, alındı. "Atletiko" demək olar ki, 5-5-0 sistemi ilə oynadı. Azad zonalar tapmaq çox çətin idi. Biz topu demək olar ki, rəqibə vermədik. Bu cür oyunda sakit qalmaq və müdafiədə boşluq tapmaqda səbrli olmaq lazımdır".
 
"Mançester Siti" "Atletiko"ya 1:0 hesabı ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest