İspaniyanın "Real" klubunun hücumçusu Kərim Benzema UEFA çempionlar Liqasında yeni uğura imza atıb. Matc.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu buna İngiltərədə "çelsi"yə 3:1 hesabı ilə qalib gəldikləri 1/4 final mərhələsinin ilk oyununda het-trik etməklə nail olub.
 
Fransalı forvard qitənin bir nömrəli klub turnirində ardıcıl iki matçda 3 qol vuran 4-cü oyunçudur. Daha əvvəl 2014-cü ildə Luis Adriano, 2016-cı ildə Lionel Messi, 2017-ci ildə isə Kristiano Ronaldo buna müvəffəq olub.
 
Benzema çempionlar Liqasında (çempionlar Kuboku) "çelsi"yə qarşı het-trik edən ilk oyunçu kimi də tarixə düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest