Belə ki, ispan çalışdırıcı 9 fərqli mövsümdə bunu bacaran ilk baş məşqçi olub. O, 4 dəfə "Barselona"nı, 3 dəfə "Bavariya"nı, 2 dəfə isə indiki komandasını yarımfinala yüksəldib.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola çempionlar Liqasında yeni nailiyyətə imza atıb. Matc.az xəbər verir ki, 51 yaşlı mütəxəssis bu uğura turnirin yarımfinal mərhələsinə vəsiqə qazanmaqla sahib çıxıb.

Belə ki, ispan çalışdırıcı 9 fərqli mövsümdə bunu bacaran ilk baş məşqçi olub. O, 4 dəfə "Barselona"nı, 3 dəfə "Bavariya"nı, 2 dəfə isə indiki komandasını yarımfinala yüksəldib.

Qvardiola hərəyə 8 dəfə yarımfinala adlayan Karlo Ançelotti və Joze Mourinyonu geridə qoyub.

Qeyd edək ki, "Mançester Siti" 1/4 final mərhələsində iki oyunu nəticəsinə əsasən "Atletiko" (Madrid) klubunu mübarizədən kənarlaşdırıb - 1:0, 0:0.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest